c:*program files:*xara
  Seirler
 

Sənsizliyə məhkum


Ruhum xəyalının sadiq köləsi,
Cismim sənsizliyə məhkum edilmiş.
Sevən ürəyim var, sənlə böləsi,
Həsrətin çat salib, bağrını dəlmiş...

Sən bahar qızısan, mən şaxta baba,
Yazını bölməsən qışıma dəymə.
Vüsalı qıymasan dərdimə dəva,
Sinəmdə qıvrılan daşıma dəymə.

Qoy elə həsrətin mənə yar olsun,
Mən əziz sanaram bu yad qonağı.
Sevəsən, qismətin intizar olsun,
Çəkəsən qeybiyə çəkdiyin dağı!



Həsrət qaldı

Yenə heyranlıqla sənə baxırdım,
Nazlı baxışların gözümdə qaldı.
Şirin bir sızıltı axdı canımda,
Deyə bilmədiyim sözümdə qaldı.

Gündoğan yolçuyam yolu qüruba,
Həsrətin qəlbimdə qurubdu yuva.
Neçə yol eşqimi yazdım məktuba,
Sənə yollamadım, özümdə qaldı.

Qəlbimə arzular baş alır, dolur,
Ən sadiq sirdaşım xəyalın olur.
Məhəbbət bağının gülləri solur.
Şerdə, sözlü bir düzümdə qaldı.

Amansız baxışın atıb oxunu,
Səpdi ürəyimə sevgi toxumu.
Həsrətin göylərə çəkib yuxumu,
Heyrət bu səbrdə, dözümdə qaldı!



Məhəbbətim cəzamdır

Məhəbbət bu dünyanın özəyidir, özüdür,
İnsan biri-birinin astarıdır, üzüdür.
Taleh çək-çevirində qismətim bu yazıdır
"Məhəbbətin cəzandır!" mən cəzamı çəkirəm.

Sevməmiş nədi dərdim, hər qayğıdan uzaqdım,
Sevdim-günah eylədim, mənə sevmək yasaqdı?
Orda nə düşünülmüş? O, ilk eşqimi boğdu?!
"Məhəbbətin cəzandır!" mən cəzamı çəkirəm.

Ruhum sevgisiz ölər, belə yaradıb həyat,
Qeybi, cəza seçilib sənə sevməyin, həyat!
Qurtul bu candan canım! Dincəl ey cəsədim, yat!
"Məhəbbətin cəzandır!" mən cəzamı çəkirəm.




Səni itirməkdən qorxuram.

Səni itirməkdən yaman qorxuram
İtirməkdən qorxuram, qorxuram yaman
Qorxuram ki, səni birdə görməyim
Qorxuram ki, səsini eşitməyim.

Qorxuram ki, fələk ayırsın bizi
Yaşayım qüssə ilə mən sənsizliyi
Sənsizliyi fələk görməsin mənə
Mənsizliyi tanrı görməsin sənə.

Yalvarıram Allaha məni sənsiz qoymasın
Talesiz həyatımı acıya döndərməsin
Bilirəm günahdır, bilirəm yol yoxdur
Bilirəm ki, bu istəyin axırı sonluqdur.

Ancaq neyləyə billəm ürəklə bacarmıram
Dilim deyir ki, ürəyim də deyir get
Get, get Allah qorusun səni
Allah qorusun sənin talesiz həyatını.




Ümidsiz sevgim

Haram olsun sənə verdiyim ürək,
Sən dəmi qəlbimdən keçən bir külək,
Görən heç qalıbmı sevən mənimtək,
Özümün özümə yazığım gəlir.

Sənli günlərimdi ən xoş xatirəm,
Onunla başladı mənim faciəm,
Sənsiz keçirdiyim hər bir saniyəm,
Gözümdən süzülən yaşa bənzəyir.

Deyirdin ağlama dözə bilmirəm,
Gözümü gözündən çəkə bilmirəm,
Deyirdin bəs sənsiz qala bilmirəm,
O yalan sözlərə yazığım gəlir.

Bilməzdim sevgimə boyun əyəcəyəm,
Səni sənsiz sənsizlikdə sevəcəm,
Bilməzdim bu sözü bir gün deyəcəm,
Ölən sevgimizə yazığım gəlir.

Verdiyin əzabla alışır sinəm,
Bəlkə göz yaşımla söndürə biləm,
Hər gecəm yuxusuz ağlayır qələm,
Korlanan vərəqə yazığım gəlir.

Ümidim ümidsiz ümidə qalıb,
Gözlərin gözümdən gözünü alıb,
Deyəsən bu ürək artıq qocalıb,
Saf, təmiz qəlbimə yazığım gəlir.

Sənə qurban verdim bilsən nələri,
Sən də zaman kimi dönmədin geri,
Sənə həsr etdiyim üçün bu şeri,
Yazdığım şerimə hayıfım gəlir.
Ümidsiz sevgimə yazığım gəlir




Ana

Ey millət deyirəm sevin ananı.
Anadır dadına çatan balanın.
Doqquz ay bətnində gəzdirər səni.
Gecələr yuxusuz böyüdər səni.

Balanın əlinə batarsa tikan.
Ananın qəlbinə qılınclar batar.
Soyuq bir havada öz nəfəsiylə.
Balanın qəlbinə isti yol tapar.

Tikanlı bir yola tərəf gedərkən.
İnankı dadına çatandır ana.
Əgər yeri gəlsə bala yolunda.
Tikanlı yolları keçəndir ana.




Ata

Niyə bu dünyaya gəldim ay ana
Dərd şəkib kədərə qarışmağamı
Yoxsa ata dərdi ilə yanıb alışan
Bir kövrək ürəyə alışmağamı

Onsuz həyatımın mənası yoxdur
Bu fani dünyanın vəfası yoxdur
Onlu günlərimin sevinci yoxdur
Onsuz həyatımın mənası yoxdur




Axtaracaqsan məni

Yollara dikiləcək gözlərin sənin
Həsrətdən saralacaq gözlərin sənin
Yollara baxıb axtaracaqsan
Axtaracaqsan məni, məni olmayanda

Gozlərin dumanla dolacaq sənin
Qəhərdən boğulub ağlayacaqsan
Dumanda, çəndə axtaracaqsan
Axtaracaqsan məni, mən olmayanda.

Arxanca kölgə olub gəzsəmdə
Tutub bağrına salmaq istəsən də
Ovundura bilməyəcəyəm kövrək qəlbimi
Qəlbində, ürəyində axtaracaqsan
Axtaracaqsan məni, mən olmayanda

Röyalarda görmək üçün məni
Yuxuya getməyə çalışacaqsan
Çalışacaqsan şirin söhbətim üçün
Yuxudan ayılıb axtaracaqsan
Axtaracaqsan məni, mən olmayanda

Yığıb ətrafına nəvə nəticələrini
Danışacaqsan nağıllardan, laylalardan
Lay-lay deyib yorulacaqsan
Kömək üçün məni axtaracaqsan
Axtaracaqsan məni, mən olmayanda

Dilim dönmədi səni söyməyə
Əlim qalxmadı səni döyməyə
Karıxıb qaldın insanlığımdan
Hər an çəkdim nazını, nəvazişini
Xoş söz, nəvaziş axtaracaqsan
Axtaracaqsan məni, mən olmayanda

Qohum qardaş qayğıları isindirməyəcək səni
Divardan asılan şəklim dinməyəcəkdir
Baxacaqsan yadigar toy şəkilimizə
Vağzalıda qolundan tutan axtaracaqsan
Axtaracaqasan məni, mən olmayanda




"Xoşbəxt ol!" dedin

"Xoşbəxt ol!" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür qurub xoşbəxt olmağa
Dünyaya yenidən gələcəyəmmi?

"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi

Həsrət yolları ölüm olsada,
Yoluma o yoldan başayacağam.
Sənsizlik acısı zülm olsada ,
Səni unutmağa çalışacağam.

Eşqimi üşüdüb həsrət qarında,
Bu donmuş sevgimdə alışacağam.
Talanmış sevgimin ahl zarında,
Səni unutmağa calışacağam.

Sənsiz yaşamağa qüvvə toplayıb,
Sənsizlik ünvanı daşıyacağam.
İlahi sevgini göyə sovurub,
Səni unutmağa çalışacağam

Deyirsən ayrılaq bitsin bu sevgi
Ayrılsaq sevgimiz yetim qalacaq
Gözümün nuru dərdimin əlacı
Ayrılsaq sevgimiz yetim qalacaq

Mənsiz kim saçına düzər çiçək
Məni tək görənlər mənə güləcək
Küçəyə atılan körpə uşaq tək
Ayrılsaq sevgimiz yetim qalacaq

Qəlbimdə əbədi salmısan saray
Nə qalacaq bu sevgidən bizə pay
Deyən olmayacaqdır birde lay-lay
Ayrılsaq sevgimiz yetim qalacaq

Anarın qisməti əzəldən nakam
Bu sevgidən biz almadıqki ilham
Bir yaşı yenicə olmuşdur tamam
Ayrılsaq sevgimiz yetim qalacaq

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq




Ana

Xanımlar içində böyük xanımsan
Sən məni yaşadan tək varliğimsan
İstəmərəm zərər dəysin bu cana
Sən mənim damarımda axan qanımsan ay ana !

Saçların ağarıb ay anam mənim
Saçının hər telinə qurbanam sənin
Sən məni bəxş etdin bu cahana
Son nəfəsimə qədər borcluyam sənə ay ana !

Səni çox görməsin Pərvər-Digarım
Anami çox görmə uca Allahım
Səni incidib dərdə salana
İkiqat salaram dərdə ay ana 
 

 
  Bugün 21081 ziyaretçi (41606 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol