c:*program files:*xara
  Pehriz
 

Bu gün effektli nəticələr vəd edən pəhrizlərin sayı hədindən artıq çoxdur. Bəs sağlamlığa ziyan vurmadan bədən quruluşunu həqiqətən də yaxşılaşdıra biləcək pəhrizi necə seçmək lazımdır? Ümumiyyətlə, insan üçün ideal çəki nədir? Hər şeydən əvvəl çalışın ki, pəhrizi sizin üçün həkim-dietoloq seçsin. Xüsusilə də piylənmə ilə yanaşı şəkərli diabet, ürək çatışmazlığı və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar sərbəst pəhrizdən uzaq olmalıdır. Əgər piylənmə həddini aşmayıbsa, sağlam adam istənilən pəhrizə üz tuta bilər.
Pəhriz seçimində nələri nəzərə almaq lazımdır? Ən əsası unutmayın ki, qida rasionu hər kəsin öyrəşdiyi ərzaqlara uyğun olmalıdır. Ekzotik ərzaqlardan da imtina etmək olmaz, ancaq onlar pəhrizdə ikinci dərəcəli olmalıdır. Bu ərzaqları qida rasionuna ehtiyatla daxil etmək lazımdır. Gözlənilmədən qida tərkibinin dəyişməsi allergiyalara səbəb ola bilər. Ən əsası isə pəhrizi diqqətlə öyrənmək və ona nə qədər dözə biləcəyinizi təsəvvür etməkdir. Dieta yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Bu o deməkdir ki, seçdiyiniz pəhriz bütün ömür boyu sizi müşayiət etməlidir.
Rasiona konkret qidaları daxil edib qalan hər şeydən imtina etməli olduğunuz mono-pəhrizlər, adətən, 1-2 həftə üçün yararlı olur. Bu müddət ərzində pəhrizə diqqətlə riayət edən adam, təbii ki, gözəçarpacaq dərəcədə zəifləyir. Lakin pəhrizi başa vurduqdan və adi həyat tərzinə qayıtdıqdan sonra yenidən çəkiniz arta bilər. Ona görə də stabil arıqlamaq istəyənlər üçün qısamüddətli pəhrizlər yararlı deyil. Mono-pəhrizi yalnız bir gün, adi pəhrizə əlavə kimi saxlamaq olar. Dietoloqlar bunu yüngülləşmiş gün adlandırırlar. Həyat tərzi kimi nəzərdə tutduğunuz pəhriz artıq heç bir effekt vermirsə, onda bir gün mono-pəhriz saxlaya bilərsiniz. Bu cür pəhriz ziyafətlərdən sonra və yaxud orqanizmi təmizləmək üçün də yaxşıdır. Hazırda 20-yə qədər mono-pəhriz (meyvə, tərəvəz, kefir, kəsmik, kompot, düyü, balıq, ət) məlumdur. Mono-pəhrizin seçimi zamanı zövqünüzə əsaslana bilərsiniz. Bir neçə pəhrizi sınaqdan keçirin və sizin üçün ən asan olanını seçin. Əgər çəkinin azalmasını intensivləşdirmək istəyirsinizsə, həftədə bir dəfə mono-pəhriz saxlaya bilərsiniz. Sağlamlıq üçün isə ayda bir günlük mono-pəhriz kifayət edər. Almaya əsaslanan mono-pəhriz daha xeyirlidir. Çünki almanın tərkibində orqanizm üçün vacib olan və başqa heç bir qidada rast gəlinməyən maddələr var. Bundan başqa, alma pəhrizi şişləri azaldır, aterosklerozun qarşısını alır. Pəhrizin şərtləri belədir: gün ərzində heç bir maye qəbul etmədən 1,5 kiloqram təzə alma yemək lazımdır. Almaları sobada bişirmək də olar. Pəhriz üçün şirin almalar seçin, çünki turş alma iştahanı artırır.
Çəkini müəyyən səviyyədə saxlamaq və mədə-bağırsaq xəstəliklərinin qarşısını almaq üçün gündə ən azı 4 dəfə qidalanmaq lazımdır. Çünki qidalanmalar arasında uzun fasilə olduqda istər-istəməz iştah artır. Bundan sonra özünə nəzarət edib az yemək isə çox çətindir. Ancaq bu o demək deyil ki, hər gün 5-6 dəfə masa arxasında əyləşib yemək lazımdır. Normal olaraq gündə üç dəfə yemək lazımdır. Bunların arasında isə meyvə, yağsız kəsmik, tərəvəz salatları ilə keçinmək olar.
Unutmayın, şam yeməyi axşam saat 7-dən ötməməlidir! Əgər siz çox gec yatırsınızsa, yuxudan əvvəl 1 stəkan kefir, yaxud yağsız yoqurt yeyə bilərsiniz. Bəzi insanlarda səhərlər iştah zəif olur, günün sonunda isə yeməyə meyllilik artır. Məsələ bundadır ki, şamda güclü yeyən insanın həzm sistemi səhərə qədər yaxşı dincələ bilmir, ona görə də səhər yeməyə meyl olmur. Bu dar pataloji dairəni mütləq sındırmaq lazımdır. Axşamlar qəbul edilən qida piyə daha intensiv çevrilir. Səhər yeməyi isə aktiv iş günü ərzində enerjiyə çevrilərək sərf olunur. Pəhrizin sizə uyğun gəlməyəcəyindən narahat olmayın. Çünki diqqətlə nəzarət olunan istənilən pəhriz istənilən adama uyğun gəlir. Ancaq özünüzü daim ac hiss edir, bütün günü yemək haqqında düşünürsünüzsə, deməli, bu pəhrizdən əl çəkməlisiniz. Bəzən isə ortaya çıxan aclıq hissi ilə mübarizə aparmaq olar. Pəhrizə başladığınız ilk günlərdə çəki sürətlə azalmağa başlayır. Zaman keçdikcə isə bu proses zəifləyir və nəhayət, tamamilə dayanır. Pəhrizə başlayandan gündəlik yazmaq prosesə nəzarət etməyə kömək edə bilər. Bunun üçün əlinizin altında tərəzi olmalıdır ki, hər gün çəkinizi qeyd edəsiniz. İlk günlər çəkini hər gün, sonra isə həftədə 2 dəfə yoxlamaq lazımdır. Tərəziyə hər səhər acqarına və həmişə eyni paltarda çıxmaq lazımdır.
Pəhrizin yararlı olduğunu aşağıdakı əlamətlərdən anlaya bilərsiniz: * Pəhrizə başladıqdan 2-3 həftə sonra özünüzü fiziki və mənəvi cəhətdən cavanlaşmış hiss edirsiniz. Əhval-ruhiyyəniz və iş qabiliyyətiniz artıb, əsəbilik yoxdur.
* Pəhrizin köməyi ilə ideal çəkinizə yaxınlaşmısınız və onu saxlaya bilirsiniz.
Əgər bunlardan hansısa biri uyğun gəlirsə, deməli, pəhriz sizə yarayır. Əks halda bu pəhrizi unutmalı olacaqsınız. Ancaq bu qorxulu deyil. Əlavə təcrübə heç kimə ziyan eləmir. Üstəlik, öz orqanizminiz haqqında nə isə yeni bir şey öyrənirsiniz. Bu isə sizə növbəti pəhrizi qəbul etməyə də kömək edəcək.

Kanada pəhrizi
Ümumi qayda: sadalanmış məhsulları və onların qəbulu vaxtını dəyişmək olmaz. Həftədə 3 dəfə 20 dəqiqəlik idman və gündə 1,5 litr su və təbii şirələrdən istifadə etmək lazımdır. Kaloriləri hesablamayın və doymamağa çalışın.

Səhər yeməyi:
Qəhvə və ya çay.
Çörək və ya bublik (ağ yox!).
Kəsmik və ya pendir, ya da 2 ədəd bərk bişmiş yumurta. Nahara qədərki fasilədə 2 ədəd meyvə.

Nahar: Ət və ya balıq, toyuq döşü, qoyun əti, dana əti. Donuz və yaşlı mal ətindən imtina edin. Kolbasa tipli məhsulları tamamilə unudun. Hərdənbir toyuq sosiskaları yeyə bilərsiniz. Qarnir üçün düyü, hazır və yaxud ev şəraitində qara undan hazırlanmış makaron, sobada bişmiş kartof və salat. Çörəkdən istifadə etmək olmaz. Bütün qidaya cəmi 1 xörək qaşığı zeytun yağı.
Fasilədə təbii şirə, yaşıl çay.
Naharı iki yerə bölmək olar.

Şam: Yatmazdan ən azı 3-4 saat əvvəl şam etməlisiniz. Salat və ya bişmiş tərəvəz (kartof və yerkökündən başqa). Naharda olduğu kimi ət və ya balıq.
Yaşıl çay, su.
Saat 6-dan sonra bütün qarnirlərdən, meyvədən, çörəkdən və hətta şirələrdən belə imtina edin. Orqanizmin suya ehtiyac duymaması və onu saxlamaması üçün su içmək lazımdır. Su mübadiləsinin normal getməsi üçün vitaminlər və maqnezium qəbul edin.

Klaudiya Şifferdən pəhriz
nSəhər ilıq bişmiş 1 ədəd yumurta. 3 saat sonra 150 qram yağsız kəsmik və 1 stəkan çay. 3 saatdan sonra yenə də 150 qram yağsız kəsmik və 1 stəkan çay. Bundan sonra sabaha qədər ancaq mineral su. Şəkər və duzdan imtina edin.
Bu pəhrizə 2-3 gün riayət etməklə siz 3-5 kiloqram arıqlaya bilərsiniz. Pəhrizi yalnız 3-4 həftədən sonra təkrar etmək olar. Çox yaxşı olar ki, pəhriz zamanı həb şəklində polivitaminlər qəbul edəsiniz. Pəhrizlər haqqında mövzunu növbəti saylarımızda davam etdirəcəyik.
 

 
  Bugün 21082 ziyaretçi (41608 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol